Bank Of Baku

Teleradio Şurası “Lider” kanalına xəbərdarlıq edib

Teleradio Şurası “Lider” kanalına xəbərdarlıq edib
# 18 dekabr 2007 15:29 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında “Lider” telekanalında milli-mənəvi dəyərlərə, efir mədəniyyətinə əməl olunması, reklamların yerləşdirilməsi vəziyyəti ilə bağlı keçirilən monitorinqin yekunları müzakirə olunub. MTRŞ-dən APA-ya verilən məlumata görə, iclasda kanalın milli mənəvi-dəyərlərə münasibətdə, Azərbaycan dilindən istifadə sahəsində qanunvericiliyin tələblərinə daim əməl etməsi müsbət dəyərləndirilib. Bununla yanaşı, MTRŞ reklamların yerləşdirilməsi ilə bağlı qanun pozuntularına yol verdiyi üçün kanala xəbərdarlıq edib.
Xatırladaq ki, MTRŞ indiyə qədər ATV, ANS və “Space” televiziya kanalları ilə bağlı monitorinqlər aparıb, nəticələrə görə hər üç kanala xəbərdarlıq edib. Bundan sonra isə İTV, Az.TV və “Xəzər” kanallarında milli-mənəvi dəyərlərə, efir mədəniyyətinə əməl olunması, reklamların yerləşdirilməsi vəziyyəti ilə bağlı monitorinqlər keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR