Bank Of Baku

Mətbuat Şurasının şikayətlər üzrə komissiyası 2007-ci ildə son iclasını keçirib

Mətbuat Şurasının şikayətlər üzrə komissiyası 2007-ci ildə son iclasını keçirib
# 19 dekabr 2007 15:47 (UTC +04:00)
Mətbuat Şurasının şikayətlər üzrə komissiyası bu il sonuncu iclasını keçirib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, qurumun sədri Əflatun Amaşov iclasda bildirib ki, 2007-ci il ərzində idarə, müəssisə və təşkilatlar, ayrı-ayrı vəzifə sahibləri, vətəndaşlar tərəfindən Mətbuat Şurasına 338 şikayət ünvanlanıb. Müraciətlərin 211-i şuranın katibliyində araşdırılıb, 46-sı iddialar düzgün əsaslandırılmadığı üçün geri qaytarılıb, 127 müraciətə komissiyada baxılıb. Mətbuat Şurasının İdarə Heyəti şikayətlər üzrə komissiyanın rəyləri əsasında 34 qərar çıxarıb.
Bugünkü iclasda isə 10 müraciət müzakirə edilib və qərarlar qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR