Azərbaycan Mətbuat Şurası “Yeni nəfəs” qəzetində dərc olunan yazı ilə bağlı rəy verib

Azərbaycan Mətbuat Şurası “Yeni nəfəs” qəzetində dərc olunan yazı ilə bağlı rəy verib
# 24 dekabr 2007 13:04 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası (MŞ) Yazıçılar Birliyinin müraciəti əsasında “Yeni nəfəs” qəzetinin 3-16 noyabr 2007-ci il tarixli sayında dərc olunmuş “Cənub nisgilli şairlə neopostmodernist söhbət” sərlövhəli yazı ilə bağlı rəy verib. MŞ-dan APA-ya verilən məlumata görə, qeyd edilən məsələyə qurumun Şikayətlər Komissiyasının iclasında baxılıb. Şuranın rəyində qəzetin xalq şairi Balaş Azəroğludan üzr istəməsi, təkzib verməsi, oxuculara məsələnin mahiyyətini açıqlayan yazı təqdim etməsi tövsiyə olunub: “Qəzetdə Balaş Azəroğlunun adından dünyasını dəyişmiş xalq şairləri Rəsul Rza, Nigar Rəfibəyli və müasir ədəbiyyatımızın tanınmış xadimləri barədə iftiraları dərc olunub. Halbuki, müsahibə alınmayıb. Qəzetin baş redaktoru Mübariz Məsimoğıu iradlarla razılaşmayıb. O, “müsahibə”nin bədii üslubda qələmə alınan yazı olduğunu bildirib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR