Bank Of Baku

Mitinq Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinin başçısına müraciət edib

Mitinq Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinin başçısına müraciət edib
# 25 dekabr 2007 09:11 (UTC +04:00)
Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması tələbi ilə mitinq keçirmək istəyən altı ictimai təşkilat Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova müraciət edib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə “Azərbaycan Naminə” İctimai Forumunun prezidenti, Mitinq Komitəsinin sədri Eldar Namazov bildirib. E. Namazovun sözlərinə görə, Mitinq Komitəsinin daha əvvəl BŞİH-ə etdiyi müraciətə müsbət cavab verilməyib: “Biz İcra Hakimiyyətinə etdiyimiz müraciətdə aksiyanı Ukrayna Meydanında keçirmək istədiyimizi bildirmişdik. Acaq meriya heç bir əsas göstərmədən Ukrayna Meydanında aksiya keçirilməsinə icazə vermədi, bizi “Neftçi” idman-sağlamlıq cəmiyyətinin Bibiheybətdəki stadionuna göndərdi. Həmin stadion isə tam yararsız vəziyyətdədir. Şəhər merinə ünvanladığımız müraciətdə sərbəst toplaşmaq hüququmuzun pozulduğunu qeyd edərək, 10 gün ərzində Ukrayna Meydanında mitinq keçirilməsinə qadağa qoyulmasının səbəbinin açıqlanmasını tələb etmişik. Müraciətimizə cavab verilməsə, biz aksiyanı əhali ilə görüşmək şəklində keçirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR