Bank Of Baku

Mətbuat Şurası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müraciətini araşdırıb

Mətbuat Şurası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müraciətini araşdırıb
# 26 dekabr 2007 14:16 (UTC +04:00)
Mətbuat Şurasının Katibliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müraciətini araşdıraraq qurumun Şikayətlər üzrə Komissiyasının müzakirəsinə çıxarıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, bu müraciət həm də kütləvi informasiya vasitələrinin sürətlə artımının yaratdığı fəsadlara qarşı mübarizəyə dəstək nümunəsi sayıla bilər: “Müraciətdə bir sıra qəzetlərin mövcud şəraitdən sui-istifadə edərək əməkdaşlarının peşə etikası ilə uyğun gəlməyən fəaliyyət növləri ilə məşğul olmalarına göz yumduqları, qəsdən şərait yaratdıqları, vəsiqə daşıyanların sıralarında maklerlərin, vasitəçilərin getdikcə artdığı qeyd edilib”. Mətbuat Şurası araşdırma və müzakirənin yekununa əsasən qənaətə gəlib ki, KİV-lərdə peşə etikasına zidd jurnalist adından belə sui-istifadə ciddi düşünüb-daşınmalı, tədbir görülməli hərəkətlərdir: “Mətbuat Şurası bunu nəzərə alaraq müraciətdə adıçəkilən “Jurnalist araşdırması” qəzetinin məsələlərə yanaşmada tətbiq etdiyi üsulun etik qadalar çərçivəsindən kənara çıxmasını nəzərə çatdırıb. Rəydə vurğulanıb ki, həmin nəşrin belə mövqeyi qəzetdə Daşınmaz Əmlak Dövlət Reyestri xidmətinin həll etdiyi məsələlər barədə qeyri-obyektiv materialların təqdimatına səbəb olub”. Müzakirələr onu da göstərib ki, DƏƏRX “reket” jurnalistlərin bir neçə baxımdan hədəfində olan qurumlardandır: “Təkcə bu ilin iyun ayında 7 ərazi idarəsinə 79 KİV-dən müraciətlər daxil olub ki, bunların da müəyyən qismində şantaj, qərəz motivləri də nəzərə çarpıb. Həmin ayda DƏƏRX Lənkərandakı (12), Beyləqandakı (3), Tovuzdakı (6), Bərdədəki (15), Əli Bayramlıdakı (2), Sabirabaddakı (30) və Zaqataladakı (11) idarələrinə müraciət göndərilib”. Mətbuat Şurasının araşdırmaları məktubda ifadəsini tapan narazılığın heç də əsassız olmadığını aşkarlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR