Bank Of Baku

Azərbaycanda mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyasını hazırlamaq üçün Komissiya yaradılıb

Azərbaycanda mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyasını hazırlamaq üçün Komissiya yaradılıb
# 27 dekabr 2007 12:14 (UTC +04:00)
Şura sədri bu gün yeni yaradılan komissiyanın ilk iclasının keçiriləcəyini bildirib. Onun sözlərinə görə, komissiyanın işçi qrupuna Mətbuat Şurasının üzvləri ilə yanaşı, iqtisadçılar, hüquqşünaslar, eyni zamanda Prezident Aparatı ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev daxildir. Ə. Amaşov bugünkü iclasda indiyədək səslənən təkliflərin bir daha müzakirə olunacağını, sənədlər üzərində işləniləcəyini, mətbuata dövlət yardımının prinsiplərinin müəyyən ediləcəyini və digər məsələlərin həlli yollarının axtarılacağını deyib: “Biz istəyirik ki, Azərbaycan mətbuatı tez bir zamanda iqtisadi asılılıqdan xilas olsun. Hazırlanacaq proqramda da əsasən mətbuatın iqtisadi durumunun yaxşılaşdırılması məsələləri əksini tapacaq”. Ə. Amaşov deyib ki, komissiya öz işini dekabrın sonu-yanvarın əvvəlinə kimi yekunlaşdıraraq, təklifləri Prezident Aparatına təqdim edəcək: “Çox güman ki, bundan sonra həmin təkliflər qəbul olunacaq və gələn ilin əvvəlindən konsepsiyada nəzərdə tutulan məsələlərin həlli gündəmə gələcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR