Bank Of Baku

“İnformasiya Cəmiyyətinin Jurnalisti” layihəsi çərçivəsində növbəti treninq keçirilib

“İnformasiya Cəmiyyətinin Jurnalisti” layihəsi çərçivəsində növbəti treninq keçirilib
# 30 dekabr 2007 12:45 (UTC +04:00)
Bu gün “İnformasiya Cəmiyyətinin Jurnalisti” layihəsi çərçivəsində jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti treninq keçirilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. Treninqdə AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “İnternet-jurnalistikanın formalaşmasının bəzi aspektləri” mövzusunda mühazirə oxuyub. Layihə çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV-in müsabiqəsi təşkil olunub. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qaliblərə 2008-ci ilin yanvarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində sertifikatların təqdim olunacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR