Bank Of Baku

Azərbaycan Mətbuat Şurası illik hesabat hazırlayıb

Azərbaycan Mətbuat Şurası illik hesabat hazırlayıb
# 07 yanvar 2008 15:19 (UTC +04:00)
Buraya Şuranın İdarə Heyətinin, Şikayətlər üzrə və digər komissiyaların fəaliyyəti, müraciətlərə baxılmasının yekunları, həyata keçirilən müxtəlif layihələr və digər məsələlər daxildir. MŞ sədri Əflatun Amaşov APA-ya bildirib ki, hesabatda görülmüş işlərlə yanaşı, problemlərə, onların həlli yollarına, xüsusi ilə media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinin daha da təkmilləşdirilməsinə xüsusi yer ayrılıb: “Mətbuat Şurasının təsisçiləri, üzvləri, ölkə jurnalistləri və ictimaiyyət qarşısında verəcəyi hesabatın müzakirəsi zamanı səslənəcək təkliflər, iradlar, tövsiyələr Şuranın iş planında əksini tapacaq”. MŞ sədri onu da vurğulayıb ki, Şuranın fəaliyyətinin əsas hissəsini idarə, müəssisə və təşkilatlar, ayrı-ayrı vəzifəli şəxslər və adi vətəndaşlardan daxil olan şikayət və müraciətlərə baxılması təşkil edir: “Ötən il 351 şikayəti araşdırmışıq. Onların böyük hissəsi Katiblikdə, digərləri isə Şikayətlər üzrə Komissiyada və İdarə Heyətində həllini tapıb. Bu müddətdə 75 rəy və 36 qərar çıxarılıb”.
Hesabatın təqdimatının yanvar ayının birinci yarısında keçiriləcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR