Bank Of Baku

“Azərbaycan” Nəşriyyatı çap və icarə qiymətlərini artırmayacaq

“Azərbaycan” Nəşriyyatı çap və icarə qiymətlərini artırmayacaq
# 08 yanvar 2008 09:17 (UTC +04:00)
“Azərbaycan” Nəşriyyatı çap və icarə qiymətlərini artırmayıb. Bu barədə APA-ya nəşriyyatın direktor müavini Bəsti İsmayılova məlumat verib. Onun sözlərinə görə, yaxın gələcəkdə də qiymətlərin artırılması nəzərdə tutulmur. Bununla yanaşı, direktor müavini deyib ki, ölkədə enerji daşıyıcılarının qiymətləri yenidən artırılsa, nəşriyyat da çap və icarə xərclərini artırmalı olacaq. Dövlət qəzetlərinin satış qiymətlərini artırması və bəzi müxalifət qəzetlərinin də yaxın vaxtlarda analoji addım atmaq fikrində olmasına gəldikdə, B. İsmayılova bildirib ki, bunun onlara heç bir aidiyyəti yoxdur: “Biz çap xərclərini qəzetlərin satış qiymətlərinə görə müəyyənləşdirmirik”. B. İsmayılova onu da qeyd edib ki, yaxın vaxtlarda “Azərbaycan” Nəşriyyatı xarici ölkələrin birindən müasir çap avadanlıqları alacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR