Bank Of Baku

Naxçıvan Teleradio Şurası Muxtar Respublika ərazisində monitorinqlərə başlayıb

Naxçıvan Teleradio Şurası Muxtar Respublika ərazisində monitorinqlərə başlayıb
# 08 yanvar 2008 13:23 (UTC +04:00)
Naxçıvan Televiziya və Radio Şurası bu ilin yanvarından etibarən Muxtar Respublika ərazisində monitorinqlərə başlayıb. Şuradan APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, monitorinqlər yerli televiziya və radiolarda milli-mənəvi dəyərlərə, efir mədəniyyətinə əməl olunmasını, reklam çarxlarının hazırlanmasını və yerləşdirilməsini əhatə edir. İki ay davam edəcək monitorinqlərdə bu qaydalara nə dərəcədə riayət olunmasına diqqət yetiriləcək, Azərbaycan dilində yayımın texniki keyfiyyətlərinə nəzarət olunacaq. Naxçıvan MR Televiziya və Radio Şurası dövlət dilindən istifadə ilə bağlı xüsusi qaydalar tətbiq edib. Şuradan bildirilib ki, qaydaların tətbiqindən sonra bütün yerli televiziya və radiolar yanvarın 1-dən etibarən yayımlarını yalnız Azərbaycan dilində aparır. Artıq verilişlərinin daha çox əcnəbi dillərdə yayımına üstünlük verən “Kanal-35” televiziyasında dublyaj studiyası da yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR