Bank Of Baku

APA “24 saat” qəzeti ilə bağlı Mətbuat Şurası və məhkəməyə müraciət edəcək

APA  “24 saat” qəzeti ilə bağlı Mətbuat Şurası və məhkəməyə müraciət edəcək
# 09 yanvar 2008 09:06 (UTC +04:00)
Agentliklə heç bir abunə müqaviləsi olmaması bir yana, qəzetdə APA-nın xəbərlərinə istinad belə edilmir və xəbərlər qəzetin öz müxbirlərinin imzası ilə dərc edir.
Hətta bir çox yazılarda agentliyin xəbərlərində, məsələn, “APA-nın Türkiyə bürosu” ifadəsində yalnız agentliyin adı çıxarıldığı üçün “Bu barədə Türkiyə bürosu” və ya “bu barədə yerli bürosunun müxbirinə məlumat verilib” kimi biabırçı ifadələr yer alır.
Son dərəcə qeyri-peşəkar olan qəzet kollektivi təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq, oğurluqla məşğul olmaqda və peşə etikasını pozmaqda davam edir.
APA media arasında normal münasibətlərin qurulmasını arzu edərək, təxminən bir il şifahi xəbərdarlıq etməklə kifayətlənib və vəziyyətin normallaşacağına ümid edib.
APA baş verən hadisə ilə bağlı Mətbuat Şurasına, Müəllif Hüquqları Agentliyinə və məhkəmə orqanlarına müraciət edəcək. Agentlik bir daha təəssüflə bu addımı atmaq məcburiyətində qaldığını qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR