Bank Of Baku

Sabah Azərbaycanda KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasını hazırlayan komissiyanın sonuncu iclası keçiriləcək

Sabah Azərbaycanda KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasını hazırlayan komissiyanın sonuncu iclası keçiriləcək
# 09 yanvar 2008 12:46 (UTC +04:00)
Sabah Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasını hazırlamaq məqsədilə yaradılan Komissiyanın sonuncu iclası keçiriləcək. Azərbaycan Mətbuat Şurasından APA-ya verilən məlumata görə, sonuncu iclasda mövcud təkliflər hazırlanaraq konsepsiya layihəsinə daxil ediləcək. Bundan sonra layihə Prezident Aparatına təqdim olunacaq. MŞ-dan bildirilib ki, komissiyanın işçi qrupuna şura üzvləri ilə yanaşı, iqtisadçılar, hüquqşünaslar, eyni zamanda Prezident Aparatı ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev daxildir.
Qeyd edək ki, Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının bu ilin əvvəlində təsdiqlənəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR