Bank Of Baku

“Çto? Qde? Koqda?” verilişinin rus dilində yayımı bərpa olunub

“Çto? Qde? Koqda?” verilişinin rus dilində yayımı bərpa olunub
# 10 yanvar 2008 11:24 (UTC +04:00)
Bu sözlər “Çto? Qde? Koqda?” verilişinin baş prodüseri və aparıcısı, Azərbaycan Milli Komandasının kapitanı Balakişi (Balaş) Qasımovun bu gün yaydığı bəyanatdandır. Verilişin rus dilində efirə çıxmasına qadağa qoyulması ilə bağlı Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin onlara heç bir qanuni sənəd təqdim etmədiyini söyləyən B. Qasımov APA-ya açıqlamasında verilişin efirə qayıtmasının deyil, qadağanın qanuni olmadığını bildirib. Layihənin mövcud olduğu 18 il ərzində həmişə rus dilində hazırlandığını vurğulayan B. Qasımov qış seriyasının 3-cü oyununun yanvarın 3-də yayımlanmalı olan təkrarının sabah efirə gedəcəyini bildirib.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə APA-ya açıqlamasında bu gün bu məsələ ilə bağlı təkrar müzakirə aparılacağını bildirib: “Azərbaycanda fəaliyyət göstərən bütün televiziya kanallarının rəhbərlərinin iştirakı ilə bu gün təkrar müzakirə aparacağıq. Azərbaycanın əldə etdiyi 17 illik müstəqilliyi dövründə hələ də Azərbaycan dilində düşünə və danışa bilməyənlər böyük hay-küy qaldırdılar. Biz qərarımızda qətiyik və hesab edirəm ki, qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Bəzi kanallarda xarici dillərdə intellektual verilişlərin və xəbərlərin efirə verilməsi məsələsi ilə bağlı bu gün yekun qərar qəbul edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR