Bank Of Baku

Milli Teleradio Şurası Azərbaycan telekanallarında türk dilində filmlərin nümayişi ilə bağlı məsələyə bu ilin martında baxacaq

Milli Teleradio Şurası Azərbaycan telekanallarında türk dilində filmlərin nümayişi ilə bağlı məsələyə bu ilin martında baxacaq
# 10 yanvar 2008 15:11 (UTC +04:00)
N. Məhərrəmlinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən bütün telekanalların rəhbərlərinin qatıldığı iclasda kanalları narahat edən məsələlər, filmlərin dublyajı, intellektual oyunlar, xəbərlər proqramlarının Azərbaycan dilində yayımlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb: “Hələ ki biz kanallarda mövcud durumu öyrəndik. Eyni zamanda mövcud problemlərin həlli üçün hansı işlərin görülməsi barədə müzakirələr apardıq. Yəqin ki, Şura bununla bağlı ya yanvarın 11-də, ya da 12-də qərar verəcək”.
Toplantıda həmçinin kanallarda türk dilində filmlərin nümayişi ilə də bağlı fikir mübadiləsi aparılıb. N. Məhərrəmli deyib ki, bu yöndə müzakirələrin mart ayında açılması məqsədəuyğun sayılıb: “Bu müzakirələr türk dilində olan filmlərin həddən artıq nümayiş olunmaması ilə bağlı olacaq. Kanallar filmlərin sayını azaldacaqları barədə öhdəlik götürürlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR