Bank Of Baku

Azərbaycan KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası hazırlayan Komissiyanın İşçi Qrupunun sonuncu iclası keçirilib

Azərbaycan KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası hazırlayan Komissiyanın İşçi Qrupunun sonuncu iclası keçirilib
# 14 yanvar 2008 16:11 (UTC +04:00)
Bu gün Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına dövlət dəstəyi konsepsiyası hazırlamaq məqsədi ilə yaradılan Komissiyanın İşçi Qrupunun sonuncu iclası keçirilib. Bu barədə APA-ya Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Şura sədri deyib ki, KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası bir daha müzakirə olunub. O, dövlətin KİV-ə yardım proqramının Konsepsiya və Fəaliyyət proqramı adlı sənədlərdən ibarət olmasının qərara alındığını bildirib. Ə. Amaşovun sözlərinə görə, Konsepsiyada aşağıdakı bölmələrdən ibarətdir:
1. KİV-in qanunvericilik bazasının təkmilləşdirilməsi;
2. Maddi-texniki bazanın möhkəmləndirilməsi;
3. KİV-in çapı və yayımı sahəsində yaranan problemlərin həllinə yardım göstərilməsi;
4. Jurnalistlərin peşəkarlığının artırılması, sosial problemlərinin həlli.
MŞ sədri deyib ki, Konsepsiyada mətbuata yardımın formaları da müəyyənləşdirilib. Belə ki, dəstəyin dövlət fondlarından ayrılan qrantlar şəklində olması, mətbuatın inkişafı üçün uzunmüddətli və az faizli kreditlərin verilməsi, rəsmi qurumların reklamlarının bir mərkəzdən ayrı-ayrı KİV-lərdə yerləşdirilməsi nəzərdə tutulub. Şura sədri deyib ki, sənəd Prezidentin İcra Aparatına təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR