Bank Of Baku

Azərbaycan KİV-lərinə dövlət yardımı Konsepsiyasında Mətbuat İnstitutunun yaradılması nəzərdə tutulur

Azərbaycan KİV-lərinə dövlət yardımı Konsepsiyasında Mətbuat İnstitutunun yaradılması nəzərdə tutulur
# 15 yanvar 2008 10:58 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri konsepsiyada jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı məsələnin həllinin qoyulduğunu bildirib. Ə. Amaşov artıq konsepsiyanın istiqamətlərinin müəyyənləşdirildiyini, sənədin abzas-abzas müzakirə edilərək qəbul olunacağını söyləyib: “Konsepsiyanın əsas istiqamətləri KİV-lərin qanunvericilik bazasını təkmilləşdirmək, maddi-texniki bazasını möhkəmləndirmək, çap və yayım sahəsində vəziyyəti yaxşılaşdırmaq, jurnalistlərin peşəkarlıqları ilə bağlı tədbirlər keçirmək, eyni zamanda jurnalistlərin sosial problemləri ilə bağlı müvafiq tədbirlər həyata keçirməkdən ibarətdir”. O, bu tədbirləri həyata keçirmək üçün dövlət dəstəyinin formalarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Şura sədrinin sözlərinə görə, adətən bu iş ayrı-ayrı dövlət fondlarından qrantların ayrılması, mətbuatın inkişafını möhkəmləndirmək üçün uzunmüddətli və az faizli kreditlərin verilməsi və rəsmi qurumların reklamlarının bir mərkəzdən müxtəlif mətbuat orqanları arasında bölüşdürülməsi formasında da həyata keçirilə bilər: “Burada sosial reklamlara böyük önəm verilməsi, reklam bazarı formalaşmayan bölgələrdə KİV-lərə dotasiyaların ayrılması ilə bağlı dəstək formaları da mümkündür”. Ə. Amaşov sənədlər paketinin iki hissədən ibarət olacağını deyib: “Birinci hissəyə konsepsiya, ikinci hissəyə isə fəaliyyət proqramı daxildir. Fəaliyyət proqramında konsepsiyada nəzərdə tutulan məsələlər açıqlanacaq, KİV-lərə dəstəyin mexanizmi müəyyənləşəcək”. Konsepsiyanın həyata keçirilməsinə hansı qurumun nəzarət edəcəyinə gəlincə, Ə. Amaşov bir qrup mütəxəssisin bu işin Mətbuat Şurasına həvalə olunmasını istədiyini deyib: “Bəziləri isə bunun müstəqil qurum olmasının tərəfdarıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR