Bank Of Baku

Rusdilli mətbuat ətrafında yaranmış vəziyyətlə bağlı müzakirə aparılıb

Rusdilli mətbuat ətrafında yaranmış vəziyyətlə bağlı müzakirə aparılıb
# 15 yanvar 2008 14:40 (UTC +04:00)
Bu gün Azərbaycanda fəaliyyət göstərən rusdilli kütləvi informasiya vasitələrinin rəhbərləri rusdilli mətbuat ətrafında yaranmış vəziyyətlə bağlı müzakirə aparıblar. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bu məsələnin siyasiləşdirilməsinin əleyhinə olduğunu bildirib: “Mən Azərbaycanda rusdilli mətbuatın nəşrinə qadağa qoyulması, “Zerkalo” qəzetinin çapını dayandırması təhlükəsini hiss etmirəm”. RTR-in Azərbaycandakı yayımına qoyulan qadağanın da məqsədəuyğun olmadığını vurğulayan E. Şıxlı diqqəti Azərbaycan dilinə edilən tərcümələrə, filmlərin dublyajının səviyyəsinə yönəldib. “Day.az” internet portalının baş direktoru Elnur Baimov da fəaliyyətlərinin dayandırılması ilə bağlı hər hansı təhlükə olmadığını deyib: “Rus dilində olan kütləvi informasiya vasitələrinin bağlanması ilə Azərbaycan dilində olan mətbu orqanların oxucusunun artması fikri yanlış və əsassızdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR