Bank Of Baku

Vüsalə Mahirqızı: “APA xəbərlərini daha bir neçə dildə yayacaq”

Vüsalə Mahirqızı: “APA xəbərlərini daha bir neçə dildə yayacaq”
# 16 yanvar 2008 11:16 (UTC +04:00)
O, yaxın günlərdə fransız dilində xəbər buraxılışı yaymağa başlayacaqlarını bildirib: “Perspektivdə biz alman, ərəb və fars dillərində xəbər yaymağa hazırlaşırıq. Planlarımızı tezliklə həyata keçirəcəyik. Hazırda Azərbaycanın informasiya məkanında yalnız Azərbaycan, rus və ingilis dillərində xəbər buraxılışları yayılır. Mən çox şadam ki, bu yeniliyi Azərbaycanda ilk dəfə biz edirik. Eyni zamanda əminəm ki, APA-nın bundan əvvəl həyata keçirdiyi yeniliklərdən sonra baş verdiyi kimi, bu dəfə də digər agentliklər arasında bizim ideyamızı təqlid edənlər olacaq”. Fransız, alman, ərəb və fars dillərinin çox geniş auditoriyanı əhatə etdiyini vurğulayan V. Mahirqızı qeyd edib ki, hər kəs təbii olaraq öz dilində daha çox informasiya almaq istəyir. Onun sözlərinə görə, APA-nın həmin dillərdə saytları artıq hazırdır və son tamamlama işləri aparılır: “Fransız və alman dilləri ingilis dili ilə birlikdə Avropada, ərəb və fars dilləri isə Şərqdə aparıcı dillərdir. Bizim bu auditoriyaları əhatə etmək niyyətimiz tələbatla əlaqədardır. Bu dillərin hakim olduğu ölkələrin Azərbaycandakı səfirlikləri bizim təşəbbüsümüzə müsbət yanaşıblar. Zaman-zaman həmin dövlətlərin media orqanlarından əməkdaşlıq barədə təkliflər də alırıq ki, bu da onların Azərbaycanda məhz bizimlə əməkdaşlıq etməkdə maraqlı olduğunu göstərir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR