Bank Of Baku

Elmar Hüseynovun abidəsinin qoyulması ilə bağlı ölkə rəhbərliyinə müraciət ediləcək

Elmar Hüseynovun abidəsinin qoyulması ilə bağlı ölkə rəhbərliyinə müraciət ediləcək
# 17 yanvar 2008 10:39 (UTC +04:00)
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov “Monitor” jurnalının sabiq baş redaktoru, mərhum Elmar Hüseynovun adının əbədiləşdirilməsi ilə bağlı görülən işlərə dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, E. Hüseynov bildirib ki, mərhum jurnalistin adının əbədiləşdirilməsi ilə bağlı 2007-ci ilin oktyabrından bir neçə istiqamətdə iş görülüb. Bakının Mətbuat prospektində jurnalistin abidəsinin qoyulması ilə əlaqədar imzatoplama kampaniyası keçirilib, yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib: “Toplanan 550 imza paytaxt meriyasına göndərildi. Bizə verilən cavabda bildirilib ki, meriya yalnız görkəmli şəxslərin, yazıçıların, bəstəkarların, rəssamların və vətən qarşısında xüsusi xidmətləri olan digər vətəndaşların xatirələrini əbədiləşdirmək üçün dövlət səviyyəsində verilən müvafiq qərarları icra edir”. E. Hüseynov məsələ ilə əlaqədar ölkə prezidentinə müraciət edəcəklərini söyləyib. O, layihənin həyata keçirilməsi üçün İFEX tərəfindən ilkin olaraq 6 min ABŞ dolları ayrıldığını da qeyd edib: “Bu məbləğ söz azadlığını ifadə edən lövhənin hazırlanmasına və mətbuat orqanlarında reklam yerləşdirilməsinə sərf olunacaq. Heykəltəraşın müəyyənləşdirilməsi üçün tender də elan olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR