Bank Of Baku

APA xəbərlərinin fransız dilində yayımına başlayıb

APA xəbərlərinin fransız dilində yayımına başlayıb
# 17 yanvar 2008 12:53 (UTC +04:00)

Agentliyin istifadəçiləri on-line xəbər xidməti göstərəcək bu ünvanda Azərbaycan və Cənubi Qafqazla yanaşı dünyada baş verən yeniliklərlə tanış olmaq şansı qazanıblar.


Agentlik bu il oxucularına daha bir neçə yeniliklər vəd edir. Bu yeniliklər sırasında ərəb, fars, alman dilində yayımlanmaq planları da var.

APA 2004-cü ildə fəaliyyətə başlayıb. Agentlik indiyə qədər Azərbaycan, ingilis və rus dillərində yayımla məşğul olaraq, hər üç dildə gündəlik 400-500 xəbər yayır. Agentliyin tərkibində APA-Economics, APA-Sport, photo.apa.azvideo.apa.az bölmələri fəaliyyət göstərir. Agentlik Cənubi Qafqazda videogörüntü yayımı ilə məşğul olan ilk şirkətdir.

Agentliyin ölkənin bütün bölgələrində, eyni zamanda Şərqi və Qərbi Avropa, ABŞ, Türkiyə, Gürcüstan, Orta Asiya, Rusiya və digər ölkələrdə büroları fəaliyyət göstərir. APA-nın saytında alıcıların xəbərlərdən daha rahat istifadə etmələri üçün kredit kart sistemi tətbiq olunub. Agentliyin xəbərlərinin mobil versiyasını wap.apa.az ünvanından oxumaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR