Bank Of Baku

Naxçıvan Teleradio Şurası Muxtar Respublika ərazisində yayımlanan “Kanal-35” televiziyasına xəbərdarlıq edib

Naxçıvan Teleradio Şurası Muxtar Respublika ərazisində yayımlanan “Kanal-35” televiziyasına xəbərdarlıq edib
# 17 yanvar 2008 14:22 (UTC +04:00)
Şuradan bildirilib ki, həmin gün kanalda heyvanlar aləmindən bəhs edən 202 dəqiqəlik 5 veriliş efirə gedib. Növbəti gündə də analoji hal təkrarlanaraq heyvanlar aləmi ilə bağlı proqramlara 126 dəqiqə efir vaxtı ayrılıb: “Bu hal “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanununa ziddir. Qanuna əsasən, proqramlar yayım üçün hazırlanılarkən maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. “Kanal-35” televiziyasına edilən xəbərdarlıq proqramların əhatəli olmaması ilə bağlıdır”.
Qeyd edək ki, Naxçıvan MR Televiziya və Radio Şurası ötən ilin aprel ayında yaradılıb. Şura bu ilin yanvarından Naxçıvan ərazisində yayımlanan televiziya və radioların fəaliyyəti ilə bağlı monitorinqə başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR