Bank Of Baku

Elmar Hüseynovun abidəsinin ucaldılması ilə bağlı prezidentə müraciət edilib

Elmar Hüseynovun abidəsinin ucaldılması ilə bağlı prezidentə müraciət edilib
# 18 yanvar 2008 16:29 (UTC +04:00)
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu “Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun abidəsinin ucaldılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Qurumdan APA-ya daxil olan məlumata görə, müraciətdə E. Hüseynovun Azərbaycan jurnalistikasındakı xidmətlərinin nəzərə alınaraq, Bakı şəhəri, Mətbuat prospektində heykəlin qoyulması üçün yer ayrılmasına göstəriş verilməsi xahiş edilib. Müraciətdə qeyd olunur ki, heykəlin ucaldılması üçün lazım olan maliyyə vəsatəti təmin olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR