"Zaman-Azərbaycan" qəzeti 20 Yanvar hadisələrinin 18-ci ildönümü münasibətilə xüsusi buraxılış hazırlayıb
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avnı Karslıoğlu "20 Yanvar şəhidləri bütövlükdə insanlıq üçün böyük fədakarlıq etdilər" yazısı ilə fikirlərini oxucuya çatdırmağa çalışıb. "Hiddət və etirazın ilk ifadəsi" sərlövhəli yazıda həmin dövrdə sabiq "politbüro" üzvü kimi Moskvada yaşayan Heydər Əliyevin Azərbaycanın daimi nümayəndəliyində verdiyi kəskin bəyanatı yer alıb.
Oljas Süleymenovun 20 Yanvarın 18-ci ildönümü ilə bağlı xüsusi olaraq "Zaman-Azərbaycan" üçün qələmə aldığı "20 Yanvar" yazısı xüsusi buraxılışın 12-ci səhifəsində yer alıb. Bu yazıda o, 1990-cı ilin yanvar ayının 21-də Bakıya gələndə gördüyü dəhşətli mənzərələri qələmə alıb.
Tanınmış qırğız yazıçısı Çingiz Aytmatov isə qəzetə verdiyi müsahibəsində imperiyanın 20 Yanvarda tarixin əfv edə bilməyəcəyi cinayət törətdiyini vurğulayıb.
Türkiyə Qəzetçilər və Yazarlar Vəqfinin fəxri başqanı Fətullah Gülənin 1990-cı ilin 28 yanvarında İzmirdəki Şadırvan məscidində 20 Yanvar hadisələri ilə bağlı verdiyi xütbə də xüsusi buraxılışda əksini tapıb. Həmin yazıda "Zaman" qəzetinin F. Gülənin çağırışı əsasında Azərbaycana gəldiyi vurğulanıb.
1990-cı ilin Yanvar ayının ortalarında Azərbaycana gəlmiş, burada baş verənləri Türkiyəyə və dünyaya çatdırmış İstanbulda çıxan "Zaman" qəzetinin xəbər müdiri Halit Esendirin müşahidələri və keçirdiyi görüşlər "20 Yanvara bir neçə gün qalırdı" yazısında əksini tapıb. Yeri gəlmişkən, o, Türkiyəyə apardığı foto və video lentləri TRT ilə yayınlamaqla yanaşı, ölkəmizi gözləyən real təhlükə barədə irəlicədən dünya ictimaiyyətinə məlumat verib.
Qeyd edək ki, xüsusi buraxılışda 1988-ci ildən 1990-cı ilin 20 yanvarınadək baş verən olayların xronikası, eləcə də həmin gecə yaşananlar barədə ətraflı məlumatlar da verilib. Bu yazılar arasında xalq yazıçıları Bəxtiyar Vahabzadənin, Anarın, eləcə də "Səhər" qəzetinin təsisçisi və baş redaktoru Məzahir Süleymanzadənin, dəfn komissiyasının sədr müavini Xəliyəddin Xəlillinin yazıları maraq kəsb edir. Buraxılış hazırlanarkən 20 Yanvarda şəhid olanların ailələri, həmçinin şəhidlərlə bağlı ilk kitab yazmış Rafiq Səməndər də diqqətdən kənarda qalmayıb. /APA/
Media
Vüsalə Mahirqızının ADU-da ustad dərsi olub, tələbə radiosunda fikirlərini bölüşüb - FOTO
Mətbuat Şurası dezinformasiya və manipulyasiyalarla bağlı bəyanat yayıb - FOTO
AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
MŞ: Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur
Xəbər Lenti
Lavrov: NATO qüvvələrinin Ukraynada mövcudluğu Rusiya ilə münaqişə riskini artıracaq
İsrail Qəzza zolağında beynəlxalq qüvvələrin statusu ilə bağlı saziş imzalayıb
SEPAH: Oman sahillərində neft tankeri minaya düşərək partlayıb və yanıb
Ucarda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Zelenski: Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdləri böyük səhvdir
Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq
Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var
Samuxda qadın qadını bıçaqlayıb
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb - FOTO
Salyan sakini naməlum şəraitdə bıçaqlanıb
"Fənərbaxça" "Ərzurumspor"un qapısından üç cavabsız top keçirib
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib - YENİLƏNİB
Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
Heydər Əliyev prospektində qəza olub, hər iki istiqamətdə sıxlıq yaranıb - FOTO
Casusluqda şübhəli sayılan 3 iranlı diplomat Bosniya və Herseqovinadan çıxarılıb
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Azərbaycan ilə Peru arasında konsulluq məsləhətləşmələri aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər
Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri gəmini azad edib
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var - FOTO
Norveçin “Norse Atlantic” aviaşirkəti fəaliyyətini dayandırır
Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb
Ağcabədidə bəy evi olmuş keçmiş məktəb binasında yanğın baş verib - YENİLƏNİB - FOTO
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
İsveç şirkəti Ukraynaya yarım milyard avroluq radar sistemləri tədarük edəcək
Dövlət Komissiyası Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfərinə dair paylaşım edib
Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB-1
Sabah intensiv yağış yağacaq
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
İran Ordusu: Hörmüz boğazında tanker minaya düşüb
Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur - FAKTİKİ HAVA
İran HDQ komandanı: Hörmüz boğazı bağlı qalacaq