Bank Of Baku

Azərbaycan Milli Teleradio Şurası kanallarla bağlı monitorinqləri davam etdirəcək

Azərbaycan Milli Teleradio Şurası kanallarla bağlı monitorinqləri davam etdirəcək
# 21 yanvar 2008 09:02 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən telekanallarda mili-mənəvi dəyərlərə, efir mədəniyyətinə əməl olunması, reklamların yerləşdirilməsi ilə bağlı keçirdiyi monitorinqi davam etdirəcək. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. MTRŞ sədrinin sözlərinə görə, monitorinqlərin keçirilməsinə fevraldan başlanacaq. N. Məhərrəmli deyib ki, ötən ildən başlayan monitorinqlərin əhatə dairəsində dəyişiklik edilib. MTRŞ sədri “Xəzər”, Az.TV, İTV ilə bağlı monitorinqlər başa çatandan sonra Şuranın bütün kanalların fəaliyyətinə baxış keçirəcəyini açıqlayıb: “Biz milli-mənəvi dəyərlərə əməl olunması, reklamların yerləşdirilməsi sahəsində vəziyyətin necə olduğunu öyrənməklə yanaşı, dublyajla bağlı vəziyyəti də aydınlaşdırmaq istəyirik. Ümumiyyətlə, monitorinq zamanı bütün sahələr əhatə olunacaq”.
Xatırladaq kİ, MTRŞ ötən il mili-mənəvi dəyərlərə, efir mədəniyyətinə əməl olunması, reklamların yerləşdirilməsi ilə bağlı keçirdiyi monitorinqlərin nəticəsinə uyğun olaraq ANS, ATV, “Space”, “Lider” kanallarına müvafiq xəbərdarlıqlar edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR