Bank Of Baku

Azərbaycan KİV-ində çalışanların orta aylıq əmək haqqı 150-200 manat civarındadır

Azərbaycan KİV-ində çalışanların orta aylıq əmək haqqı 150-200 manat civarındadır
# 21 yanvar 2008 12:19 (UTC +04:00)
Təşkilatdan APA-ya daxil olan məlumata görə, 20 ayrı-ayrı çap mətbuatında çalışan 100 sıravi jurnalist arasında keçirilən sorğu zamanı məlum olub ki, hazırda KİV-də çalışanların orta aylıq əmək haqqı 150-200 manat civarındadır. Rəyi öyrənilənlərin 80 faizi şəxsi mənzilinin olmadığını bildirib. Sorğu nəticəsində məlum olub ki, şəxsi mənzili olmayanlar, amma mənzilə ciddi ehtiyac duyan jurnalistlərdən heç biri ötən 2 ildə İpoteka kreditlərindən yararlana bilməyib: “Sorğu iştirakçıları bildiriblər ki, İpoteka kreditləşməsindən istifadə etməyə çalışsalar da, buna müvəffəq olmayıblar. Onların əmək haqları kredit müqaviləsində göstərilən şərtlərə uyğun gəlməyib”.
JuHİ sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, yaxın günlərdə jurnalistlərin 2008-ci ildə İpoteka kreditləşməsi proqramına sosial zümrə kimi daxil edilməsi xahişi ilə dövlət başçısına müraciət ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR