Bank Of Baku

Mətbuat Şurası “Bizim yol” qəzeti ilə bağlı araşdırmaları yekunlaşdırıb

Mətbuat Şurası “Bizim yol” qəzeti ilə bağlı araşdırmaları yekunlaşdırıb
# 21 yanvar 2008 12:27 (UTC +04:00)
Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclasında Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin “Bizim yol” qəzeti ilə bağlı quruma ünvanladığı təqdimatdan irəli gələn tədbirlərlə əlaqədar görülən işlər nəzərdən keçirilib. Mətbuat Şurasından APA-ya verilən xəbərə görə, iclasda məlumat verilib ki, Mətbuat Şurasının əməkdaşları təqdimatda qeyd olunan məqamlarla bağlı “Bizim yol” qəzetində araşdırma aparıblar. Göstərilən səylər nəticəsində bu nəşr fəaliyyətini kütləvi informasiya vasitələri, vergi, əmək, fərdi sahibkarlıq, mühasibat uçotu və başqa müvafiq sahələr üzrə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun surətdə qurmaq, bu sahədəki nöqsanları, eləcə də Nazirlər Kabinetinin müəyyən etdiyi kargüzarlıq qaydalarının pozulması ilə bağlı qüsurları aradan qaldırmaq istiqamətində konkret işlər görüb. Bütün bunlara baxmayaraq, MŞ məsələni diqqətdə saxlamaqdadır. Bununla yanaşı, MŞ belə rəyə gəlib ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təqdimatında göstərilən məqamlar bütövlükdə Azərbaycan mediasının maraqları baxımından əhəmiyyətlidir. Şuranın apardığı monitorinqlər, araşdırmalar zamanı bir çox kütləvi informasiya vasitəsində əmək hüquqlarının pozulması, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı sənədləşdirmələrin aparılmaması və sair bu kimi halların kütləviləşdiyi müəyyənləşib ki, bu da ciddi narahatlıq doğurmaya bilməz. Buna görə də MŞ baş verən hadisənin timsalında belə halların aradan qaldırılması üçün KİV rəhbərlərinə fəaliyyətlərini mövcud qanunvericiliyin tələbləri çərçivəsində qurmağı tövsiyə edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR