Bank Of Baku

Mili Televiziya və Radio Şurasının sədri: “Azərbaycanda filmləri tenderdə qalib gələn televiziya kanalları çəkəcək”

Mili Televiziya və Radio Şurasının sədri: “Azərbaycanda filmləri tenderdə qalib gələn televiziya kanalları çəkəcək”
# 22 yanvar 2008 11:47 (UTC +04:00)
“Azərbaycanda istehsal edilən filmlərin sayının artırılmasını qarşımıza məqsəd qoymuşuq. Biz çalışacağıq ki, Azərbaycanda bədii televiziya filmlərinin istehsalı geniş yayılsın”. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Mili Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli yanvarın 22-də keçirdiyi mətbuat konfransında bildirib: “Bununla bağlı ölkə prezidentinə xüsusi müraciət hazırlamışıq. Müraciətdə prezidentdən bu sahə üçün vəsait ayrılmasını xahiş etmişik. Bu vəsait Azərbaycanda televiziya filmlərinin çəkilməsinə həsr olunmalıdır”. Şura sədri deyib ki, filmlərin çəkilməsi ilə bağlı tender də elan olunacaq: “Filmləri tenderdə qalib gələn televiziya kanalları çəkəcək. Başlanğıcda dövlətinin bu sahəyə qayğısı lazımdır. Hələ ki, kanalların maddi-texniki bazası yetərincə deyil. Televiziya kanallarının xüsusi televiziya filmləri çəkmək imkanları məhduddur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR