Bank Of Baku

MTRŞ-nın beş illik fəaliyyəti ilə bağlı hesabat verilib

MTRŞ-nın beş illik fəaliyyəti ilə bağlı hesabat verilib
# 22 yanvar 2008 12:39 (UTC +04:00)
APA-nın xəbərinə görə, N. Məhərrəmli Şuranın 2005-ci ilin yayına qədər tam gücü ilə fəaliyyətə başlamaq üçün hazırlıq dövrü keçdiyini, daha sonra isə səlahiyyətlərin icrasına başladığını deyib. O, indi MTRŞ-nın hüquq və lisenziya, analitik ekspertiza və proqramlaşma, texniki, beynəlxalq, maliyyə, təsərrüfat və ümumi şöbələrinin fəaliyyət göstərdiyini, indiyə qədər Şuraya dövlət büdcəsindən 1 milyon 382 min manat maliyyə vəsaiti xərcləndiyini, 45 ştat vahidi olduğunu xatırladıb.
MTRŞ sədri deyib ki, hazırda Azərbaycanın teleradio məkanında 44 milli televiziya, radio qurumu fəaliyyət göstərir ki, onlardan 21-i televiziya, 11-i radio, 12-si kabel televiziyasıdır: “Azərbaycanda 3 xarici radiostansiyanın yayımına lisenziya verilib. Türkiyənin TRT kanalı ölkəmizdə fəaliyyət göstərir. Bütövlükdə isə Azərbaycanın milli tezliklərində 48 qurum fəaliyyət göstərir”.
MTRŞ-nın Avropa Şurasının Sərhədsiz Televiziya Konvensiyasına qoşulmağa hazırlaşdığını deyən sədr şurada Azərbaycan kanallarında nümayiş etdirilən filmlərin təsnifatlaşdırılması ilə bağlı məsələyə baxıldığını da nəzərə çatdırıb: “Filmlərin kateqoriyalara bölünməsi ilə bağlı şurada fəaliyyət göstərən ekspert qrupu həm də teleradio sahəsində mübahisəli məqamlar ortaya çıxanda bizə yardım edəcək”.
Mətbuat konfransında çıxış edən Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov da MTRŞ-nin gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR