Azərbaycan Mətbuat Şurası: Bir çox KİV-lərdə dövlət atributlarından sui-istifadə olunur

Azərbaycan Mətbuat Şurası: Bir çox KİV-lərdə dövlət atributlarından sui-istifadə olunur
# 22 yanvar 2008 14:01 (UTC +04:00)
MŞ-dən APA-ya daxil olan məlumata görə, araşdırmalar, əsasən həmin atributların KİV-lərdə qanunların yol verdiyi qaydalar çərçivəsində istifadəsinə aydınlıq gətirmək, sui-istifadə hallarının aradan qaldırılmasına yardımçı olmaq məqsədi ilə aparılır. Araşdırma zamanı bir çox KİV-lərdə dövlət atributlarından sui-istifadə olunduğu aşkarlanıb. MŞ dövlət atributlarından sui-istifadə edən mətbu orqanlarının adını açıqlamasa da, mətbu nəşrlərin çoxunda KİV-lərin adının yanında milli bayrağımızın, gerbimizin təsvirlərinin verilməsinin ictimai qınaq obyektinə çevrildiyi qeyd edib: “Bunların sırasında müntəzəm yayımlanan bəzi mətbu vasitələrə rast gəlinsə də, peşə etikasına sayğısız yanaşılan qəzetlər, jurnallar üstünlük təşkil edir. Bu mənada ictimaiyyətin ciddi iradları başa düşüləndir”. Bundan başqa, MŞ-nin monitorinqləri KİV-lərin əksəriyyətində təsisçi, yaxud baş redaktorların dövlət atributlarından istifadə qaydalarından xəbərdar olmadıqlarını göstərir.
Mətbuat Şurası bir daha xatırladır ki, “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” Əsasnamənin 4 “v” bəndinə əsasən, dövlət gerbinin təsvirindən öz blanklarında yalnız dövlət orqanlarının istifadə etmək hüququ var: “Dövlət orqanı olmayan, sıravi hüquqi şəxs sayılan mətbu orqanların blanklarında bu atributdan istifadəsinə yol verilmir. “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun 4-cü maddəsində isə Dövlət bayrağı təsvirinin blanklarda istifadəsi ümumiyyətlə nəzərdə tutulmur”.
Azərbaycan Mətbuat Şurası mətbu orqanlara bir daha dövlət atributlarına sayğılı yanaşmağı tövsiyə edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR