Bank Of Baku

Mirzə Sakit aclıq aksiyasına başlayıb

Mirzə Sakit aclıq aksiyasına başlayıb
# 26 yanvar 2008 10:20 (UTC +04:00)
Bu barədə APA-ya M. Sakitin həyat yoldaşı Rəna Zahidova məlumat verib. Onun sözlərinə görə, M. Sakitin aclıq aksiyası keçirməsinə səbəb dəfələrlə Ədliyyə Nazirliyinin Böyükşordakı Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciətinə rədd cavabının verilməsidir. R. Zahidova, həmçinin M. Sakitin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbəri Nazim Ələkbərovu məhkəməyə verdiyini də deyib: “Mirzə Sakit bir neçə dəfə yaşadığı ərazinin yaxınlığında yerləşən müalicə müəssisələrindən birinə köçürülməsi ilə bağlı müraciət edib. Ancaq ona müsbət cavab verilməyib. Buna görə də o, Nazim Ələkbərovu məhkəməyə verib”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən isə M. Sakitin aclıq aksiyası keçirməsi ilə bağlı hələlik heç bir məlumata malik olmadıqlarını bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR