Bank Of Baku

KİV-in İnkişafına Dövlət Yardımı Konsepsiyasını hazırlayan işçi qrupunun növbəti iclası keçiriləcək

KİV-in İnkişafına Dövlət Yardımı Konsepsiyasını hazırlayan işçi qrupunun növbəti iclası keçiriləcək
# 26 yanvar 2008 11:29 (UTC +04:00)
Bu il yanvarın 28-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Yardımı Konsepsiyasını hazırlamaq üçün yaradılan işçi qrupun növbəti iclası keçiriləcək. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri deyib ki, işçi qrupun iclasında konsepsiyanın formasında ediləcək cüzi dəyişikliklərlə bağlı müzakirələr aparılacaq: “Bu dəyişikliklər konsepsiyanın daha mükəmməl sənəd kimi ortaya qoymaq istəyindən irəli gəlir. Biz bununla bağlı hüquqşünaslarla məsləhətləşmələr aparırıq”. Ə. Amaşov yaxın günlərdə konsepsiyanın Prezident Aparatına təqdim olunacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR