Bank Of Baku

“Bakı-Xəbər” qəzetinin firma-satış hesablarına həbs qoyulub

“Bakı-Xəbər” qəzetinin firma-satış hesablarına həbs qoyulub
# 28 yanvar 2008 13:57 (UTC +04:00)
Məktubda bildirilib ki, məhkəmə qətnaməsinin real icrasını təmin etmək üçün “Bakı-Xəbər” qəzeti redaksiyasına qəzetinin satışından əldə edilən, redaksiyaya nağd və yaxud köçürmə şəklində ödənilən pul vəsaitləri üzərinə 2179 manat 40 qəpik məbləğində borcun ödənilməsi məqsədilə həbs qoyulub. Firmalardan qəzetin satışından əldə olunan vəsaitin Yasamal rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinin depozit hesabına ödənilməsini təmin etmək xahiş olunub.
Qeyd edək ki, Azərbaycan Apellyasiya Məhkəməsi 2005-ci il mayın 4-də vurulan mənəvi ziyana görə 2179 manat 40 qəpik məbləğində vəsaitin “Bakı-Xəbər” qəzetindən hesabından tutularaq, Ucar rayon sakini Şahlar Xəlil oğlu Ələkbərova ödənməsi barədə qətnamə çıxarıb. Onu da qeyd edək ki, həmin qərarın ötən ilin mayında Səbayel rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsi tərəfindən icraya yönəldilməsi və mətbuat yayım firmalarındakı hesablara həbs qoyması nəticəsində “Bakı-Xəbər” qəzeti çapını uzun müddət üç aylığa dayandırmağa məcbur olub və yalnız 2007-ci ilin sentyabrında təkrar çapa başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR