Bank Of Baku

Mirzə Sakit aclığı dayandırıb

Mirzə Sakit aclığı dayandırıb
# 28 yanvar 2008 14:33 (UTC +04:00)
Məlumata görə, Mirzə Sakit aksiyanı dayandırması barədə bu gün səhər ərizə yazıb: “Ərizədə göstərilib ki, onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi tələbinə baxıldığı üçün aclığı dayandırır”.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov isə APA-ya bildirib ki, Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin həkim komissiyası Mirzə Sakitin Müalicə Müəssisəsinə köçürülməsi tələbi ilə bağlı sabah onun saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində olacaq: “İdarədən mənə bildirdilər ki, Sakit Zahidovun səhhətində problemlər olduğu təsdiqlənsə, məhbus Müalicə Müəssisəsinə köçürüləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR