Bank Of Baku

Mətbuat Şurasının sədri qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabat verib

Mətbuat Şurasının sədri qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabat verib
# 31 yanvar 2008 14:59 (UTC +04:00)
İH üzvləri “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” layihəsini nəzərdən keçiriblər. Mətbuat Şurasının sədri Əflatun Amaşov həmin sənədin hazırlanmasında rəsmi qurumların, ekspertlərin, ictimai təşkilatların, tanınmış media mütəxəssislərinin və Şura üzvlərinin yaxından iştirak etdiklərini vurğulayıb. İclasda Konsepsiya layihəsinin son variantı məqbul sayılıb və onun müvafiq dövlət orqanlarına göndərilməsi barədə qərar çıxarılıb. Daha sonra MŞ sədrinin şuranın 2007-ci ildəki fəaliyyətinə həsr olunmuş hesabatı dinlənilib. Bildirilib ki, ötən il MŞ-yə 351 şikayət daxil olub. Onlardan 100-ə qədəri bölgələrdəndir. Məsələlərdən 219-u katiblikdə həllini tapıb. Şikayətlər üzrə Komissiya 132 şikayətə baxıb və bunlardan 78-i həllini tapıb. Digərləri ilə bağlı Şuranın İdarə Heyətində qərarlar qəbul edilib. MŞ-yə “reket”çiliklə bağlı daxil olan müraciətlərin sayı isə 500-dən artıq olub.
İclasda MŞ-nin Şikayətlər üzrə Komissiyasının çıxardığı 12 rəy əsasında qərarlar qəbul olunub və “Bakı xəbər” qəzetinin Mətbuat Şurası üzvlüyünə qəbulu barədə qərar çıxarılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR