Bank Of Baku

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi ölkədə söz və mətbuat azadlığının vəziyyətinə dair monitorinqi davam etdirir

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi ölkədə söz və mətbuat azadlığının vəziyyətinə dair monitorinqi davam etdirir
# 31 yanvar 2008 15:13 (UTC +04:00)
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi ölkədə söz və mətbuat azadlığının vəziyyətinə dair monitorinqi davam etdirir. Komitədən APA-ya verilən məlumata görə, ötən ay jurnalistlərlə bağlı 11 məhkəmə prosesi qeydə alınıb, 3 halda məhkəmə prosesləri təxirə salınıb, bu proseslərdən 4-ü yekunlaşıb, beş jurnalistlə bağlı qərar çıxarılıb, iki məhkəmə prosesi isə davam etməkdədir. Ötən ay ərzində saxlamalar və həbslərlə bağlı 1 fakt qeydə alınıb. Yanvarın 24-də “Azərbaycan Cümhuriyyəti” qəzetinin təsisçisi Nüsrət Rəhimov Milli Məclisin deputatı Əhəd Əhmədovdan 1500 dollar rüşvət alarkən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həbs edilib. Yanvar ayı ərzində jurnalistlərin təzyiqə məruz qalması ilə bağlı iki fakt qeydə alınıb. Hesabatda daha sonra qeyd olunub ki, ötən ay jurnalistlərin məlumat almaq hüququnun pozulması ilə əlaqədar 2 fakt qeydə alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR