Bank Of Baku

Əflatun Amaşov Kuba səfiri ilə görüşüb

Əflatun Amaşov Kuba səfiri ilə görüşüb
# 01 fevral 2008 11:29 (UTC +04:00)
Kuba Respublikasının ölkəmizdə səfiri vəzifəsini müvəqqəti icra edən Marcelo Caballero Torres bu gün Mətbuat Şurasının rəhbəri Əflatun Amaşovla görüşüb. Bu barədə APA-ya Mətbuat Şurasından məlumat verilib. M. Torres ölkəsində gedən proseslər barədə MŞ sədrinə ətraflı məlumat verib, hər iki dövlət arasında yaradılan diplomatik əlaqələrin əhəmiyyətindən danışaraq hərtərəfli, geniş əlaqələrin yaradılmasında, möhkəmləndirilməsində medianın da yaxından iştirakının vacibliyinə diqqəti yönəldib. Şura sədri Əflatun Amaşov qonağa ölkə mətbuatının, rəhbərlik etdiyi qurumun spesifik xüsusiyyətləri barədə söhbət açıb. O, Azərbaycanda Kuba barədə bilgilərin heç də qənaətbəxş olmadığını vurğulayıb, bu sahədə dönüş yaradılması üçün tərəflərin qarşılıqlı əlaqədə həyata keçirə biləcəkləri konkret təkliflərini verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR