Bank Of Baku

Mirzə Sakit yenidən aclığa başlayıb

Mirzə Sakit yenidən aclığa başlayıb
# 04 fevral 2008 10:38 (UTC +04:00)
R. Zahidova deyib ki, Mirzə Sakit səhhətindəki problemlərlə bağlı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməməsinə etiraz əlaməti olaraq fevralın 3-dən aclıq edir: “Həbsxana rəhbərliyi ona Müalicə Müəssisəsinə köçürüləcəyi barədə söz versə də, sonradan buna əməl etməyiblər. Məndə olan məlumata görə, Sakitin vəziyyəti ağırdır, artıq ayaqları tutulub”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya məlumatı təsdiqləyiblər. Məlumata görə, məhbus fevralın 3-dən aclığa başlaması barədə Cəzaçəkmə Müəssisəsinin rəisinə ərizə ilə müraciət edib. Şöbədən bildirilib ki, Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin həkimləri M. Sakiti müayinə edib, onun Müalicə Müəssisəsinə köçürülməsini məsləhət görməyiblər: “Həkimlərin rəyinə görə, Mirzə Sakit həbsxananın sanitar tibbi hissəsində müalicə oluna bilər”.
Xatırladaq ki, M. Sakit yanvarın 26-da Müalicə Müəssisəsinə köçürülməsi tələbi ilə aclığa başlamışdı. Yanvarın 28-də isə onun Müalicə Müəssisəsinə köçürülməsinə razılıq veriləndən sonra aksiyanı dayandırması barədə məlumat yayılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR