Bank Of Baku

Demokratik Jurnalistlər Liqası Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Demokratik Jurnalistlər Liqası Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 05 fevral 2008 14:02 (UTC +04:00)
Demokratik Jurnalistlər Liqası (DJİ) “Media problemlərinin monitorinqi, jurnalistlərə hüquqi və maddi yardım” layihəsi çərçivəsində 2008-ci ilin yanvar ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. DJİ-dən APA-ya verilən məlumata görə, yanvarda bu sahədə 30 fakt qeydə alınıb. Bu müddətdə bir KİV əməkdaşı Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) maddəsi ilə təqsirləndirilərək məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum olunub və ona cəzasını çəkdikdən sonra isə 2 il ərzində jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Nərimanov Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirləndirərək, əmək haqlarının 20 faizi dövlətin xeyrinə ödənilməklə bir KİV-in baş redaktorunu 2 il, əməkdaşını isə 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırıb. Hesabatda bildirilib ki, bir televiziya kanalının iki əməkdaşı dövlət məmuru tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalıb, bir KİV əməkdaşı ayrı-ayrı naməlum şəxslər tərəfindən edilən zənglərlə hədələnib. Qeyd edək ki, layihə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR