Bank Of Baku

Əflatun Amaşov: “KİV rəhbərlərinin bölgələrə səfərlərində iştirak etməyənlərin iradlarını inciklik kimi qəbul edirəm”

Əflatun Amaşov: “KİV rəhbərlərinin bölgələrə səfərlərində iştirak etməyənlərin iradlarını inciklik kimi qəbul edirəm”
# 06 fevral 2008 16:22 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə şura üzvləri və qəzet baş redaktorlarından ibarət nümayəndə heyətlərinin bölgələrə səfərləri mətbuatda birmənalı qarşılanmır. Bu səfərlərin xüsusi təşkil edilməsi, heyətin formalaşdırılmasında ayrı-seçkiliyə yol verilməsi, səfər proqramlarının qüsurlu olması ilə bağlı mətbuatdakı polemikalara münasibət bildirən Mətbuat Şurasının sədri Əflatun Amaşov bunları iraddan daha çox, inciklik kimi qəbul etdiyini söyləyib. O, APA-ya açıqlamasında bu incikliyin başa düşülən olduğunu da vurğulayıb: “Müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən hər bir KİV özünü haqlı olaraq bu tədbirdə görmək istəyir. Hələ layihə təzə başlayıb, cəmi iki səfər reallaşdırılıb. İştirakçıların sayı getdikcə artmaqdadır, son dəfə siyahıya “Ədalət”, “Bakı-Xəbər” və “Xalq Cəbhəsi” qəzetlərini də əlavə etmişik. Sözsüz ki, hamıya növbə çatacaq”. Ə. Amaşov həmkarlarına heç bir mətbuat orqanını aşağılamamağı, yerli-yersiz reytinq müqayisələri aparmamağı da tövsiyə edib: “Mən hansı media orqanının daha çox müstəqil olması ilə bağlı müzakirələrdə ehtiyatlı olmağa çağırıram. Kimin nə dərəcədə müstəqil olduğunu şərh etməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır. O ki qaldı bəzi qəzetlərin nümayəndə heyətinin keçmiş prezidentimiz Heydər Əliyevin bölgələrdəki abidələri önünə gül dəstələri qoyması ilə bağlı müzakirələr açmasına, bu, etika ilə bir araya sığmayan məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR