Bank Of Baku

Ötən il mətbuat orqanları 103 dəfə məhkəməyə cəlb olunub

Ötən il mətbuat orqanları 103 dəfə məhkəməyə cəlb olunub
# 08 fevral 2008 11:40 (UTC +04:00)
Bakı.Ramil Məmmədov-APA. Media Hüququ İnstitutu (MHİ) “Azərbaycanda ifadə azadlığı ilə bağlı məhkəmə təcrübəsi və Avropa standartları” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, institutun direktoru Rəşid Hacılı 2008-ci ilin yanvar ayı üçün diffamasiya ilə bağlı məhkəmə işləri haqqında hesabat hazırlandığını bildirib. O, mətbuata qarşı məhkəmə iddialarının artım tendensiyasının davam etdiyini deyib: “Yanvarda mətbuata qarşı qarayaxma, gözdənsalma iddiaları ilə bağlı 25-dən artıq məhkəmə iclası keçirilib, 6 məhkəmə iddiası qaldırılıb, 5 jurnalistə azadlıqdan məhrumetmə cəzası istənilib. İddialardan yalnız biri barışıqla yekunlaşıb”. R. Hacılı ötən bir ayda mətbuatdan 530 min manat ödənc tələb olunduğunu da qeyd edib: “Ötən ayın ən ağır tələbləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev tərəfindən irəli sürülüb. Partiya sədri “Yeni Müsavat” qəzetinin baş redaktor əvəzinin və əməkdaşının həbs olunması, nəşrin 20 min manat məbləğində cərimələnməsi tələbi ilə mülki və xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib”. R. Hacılı 2007-ci ildə mətbuat orqanlarının qarayaxma və gözdənsalma iddiaları ilə bağlı 103 dəfə məhkəməyə cəlb olunduğunu açıqlayıb. Bu iddiaların 81-i rəsmilər, 12-si müğənnilər, 4-ü biznesmenlər, 6-sı isə digər şəxslər tərəfindən qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR