Bank Of Baku

Finlandiyanın Cənubi Qafqaz mediası üzrə eksperti: “Azərbaycan cəmiyyətində müstəqil media formalaşdırmaq daha asandır”

Finlandiyanın Cənubi Qafqaz mediası üzrə eksperti:  “Azərbaycan cəmiyyətində müstəqil media formalaşdırmaq daha asandır”
# 08 fevral 2008 16:45 (UTC +04:00)
“Cənubi Qafqaz mediasını iqtisadi asılılıq və reklam bazarının olmaması kimi ciddi problemləri qalmaqdadır”. Bu eksklüziv açıqlamanı APA-ya Finlandiyanın Cənubi Qafqazda media məsələləri üzrə eksperti Sala Nazarenko verib. Onun sözlərinə görə, Azərbaycanda medianın fəaliyyətinə təsir göstərən əsas amillər korrupsiyanın mövcudluğu, bəzi jurnalistlərin həbsdə olması, mətbuatın antierməni əhval-ruhiyyəsində köklənməsi, bəzi müxalifət jurnalistlərinin hakimiyyət mediasına keçididir. Sala Nazarenko Azərbaycan mediasının müsbət tərəfləri sırasında bu sahədə bacarıqlı mütəxəssislərin olması, jurnalistlərin həmkarlar təşkilatlarının mövcudluğudur. O, MDB məkanında ilk jurnalist həmkarlar təşkilatının məhz Azərbaycanda yarandığını xatırladıb. Ekspert digər müsbət cəhət kimi hakimiyyətyönlü mətbuat orqanlarında maaşların nisbətən yüksək olmasını qeyd edib: “Jurnalistlərin az maaş aldığı cəmiyyətlərlə müqayisədə bu cür cəmiyyətdə müstəqil mətbuat yaratmaq daha asandır”. Sala Nazarenko APA əməkdaşı ilə söhbətində Ermənistanda medianın durumu məsələsinə də toxunub: “Ermənistan mediasını mənfi cəhətləri kimi korrupsiyanın mövcudluğu, jurnalistlərin həbs olunması faktları, elektron kütləvi informasiya vasitələrinin hakimiyyətin nəzarətində olması, mətbuatın anti-Azərbaycan əhval-ruhiyyəsində köklənməsini qeyd edə bilərəm. Amma bu ölkədə müxalifət mediası kifayət qədər aktivdir. Ölkə xaricində güclü diasporun mövcudluğu, media azadlığına dair diskussiyaların aparılması da müsbət cəhətlərdən sayıla bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR