Bank Of Baku

“Reket” qəzetlər “diplom” satışı ilə də məşğul olur

“Reket” qəzetlər “diplom” satışı ilə də məşğul olur
# 11 fevral 2008 11:50 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Reket” nəşrlər təmənnalı məqsədlərini reallaşdırmaq üçün “diplom” satışından da istifadə edirlər. Bu barədə APA-ya Mətbuat Şurasından məlumat verilib. Şuradan bildiriblər ki, “Müstəqil dövlət” adlı qəzetin təsisçisi savadsız, məntiqsiz cümlələrlə tərtib olunmuş “Şərəf və ləyaqət diplomu”nun “nominant”larını tapmaq üçün Lənkəranda və ətraf bölgələrdəki idarələrə, müəssisələrə baş çəkib. “Ədalət uğrunda” qəzetinin rəhbərliyi isə “Şöhrət diplomu”nun faydasını görmək üçün uzun yola çıxmaqdan çəkinməyib. Mətbuat Şurasının bölgələrdə keçirdiyi görüşlər zamanı bu cür nəşrlərin görkəmli siyasi xadimlərin adlarından, portretlərindən sui-istifadə etməsinin yolverilməzliyi də vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR