Bank Of Baku

BBC-nin Azərbaycan xidməti "Din və demokratiya" mövzusunda layihə həyata keçirəcək

BBC-nin Azərbaycan xidməti "Din və demokratiya" mövzusunda layihə həyata keçirəcək
# 12 fevral 2008 11:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədov - APA. BBC radiosunun Azərbaycan xidməti Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi və “İnam” Plüralizm Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Din və demokratiya" adlı radio layihəsi həyata keçirəcək. APA-nın məlumatına görə, bununla bağlı təşkil olunan mətbuat konfransında BBC radiosunun Bakı ofisinin rəhbəri Azər Xəlilov bildirib ki, layihənin məqsədi cəmiyyətdə dinin yeri, rolu, müasir demokratik prinsiplərin və islami dəyərlərin qarşılıqlı təsiri haqda bilgiləri artırmaqdır. O, layihədə yer alacaq mövzular barədə danışaraq hər həftənin şənbə-bazar günləri BBC 103.3 FM dalğasında yeni proqramın efirə gedəcəyini deyib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev isə Azərbaycanda bütün dinlərə dözümlü münasibətin olduğunu söyləyib. Onun fikrincə, islamın cəmiyyətdə elmi əsaslarla təbliğinə ehtiyac var və bu iş dindarlar tərəfindən görülməkdədir. Bununla yanaşı, S. Musayev layihədəki mövzuların adları ilə razılaşmadığını açıqlayaraq islam dinində demokratiya, insan və söz azadlığının xüsusi qeyd olunduğunu vurğulayıb. Azərbaycandakı dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov isə dinlərin hamısında demokratik dəyərlərin əks olunduğuna diqqət çəkib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Deklan Voran da layihənin əhəmiyyətindən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR