Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri: “Əsl müstəqil mətbuat həm siyasi hakimiyyətdən, həm də müxalifətdən azad olan mətbuatdır”

Azərbaycan Mətbuat Şurasının sədri: “Əsl müstəqil mətbuat həm siyasi hakimiyyətdən, həm də müxalifətdən azad olan mətbuatdır”
# 15 fevral 2008 15:49 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət Hacıyevanın mətbuatı MBH-nin də daxil olduğu “Azadlıq” blokunun seçkiləri boykot etmək taktikasını dəstəkləməməkdə qınamasına münasibət bildirərkən deyib. L. Hacıyevanı şəxsiyyətinə hörmətlə yanaşdığı siyasətçilərdən, cəmiyyətin diqqətini çəkən insanlardan biri kimi səciyyələndirən Ə. Amaşov əlavə edib ki, siyasət əvvəldən medianın prioritet mövzularından olub, bundan sonra da belə olacaq: “Ancaq medianın siyasiləşərək heç nəyə məhəl qoymadan ayrı-ayrı qüvvələri, tərəfləri açıq-aşkar dəstəkləməsi onun özünə də, cəmiyyətə də fəsadlar gətirməkdədir. Belə halların aradan qaldırılması hamımızın vəzifəsi olmalıdır. Mətbuat Şurasının da məramı budur. Unutmayaq ki, əsl müstəqil mətbuat həm siyasi hakimiyyətdən, həm də müxalifətdən azad olan, hadisələrin fövqündə dayanan mətbuatdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR