Bank Of Baku

Azərbaycan Mətbuat Şurası “Media və ictimaiyyət” layihəsi çərçivəsində ilk tədbirini keçirib

Azərbaycan Mətbuat Şurası “Media və ictimaiyyət” layihəsi çərçivəsində ilk tədbirini keçirib
# 18 fevral 2008 12:16 (UTC +04:00)
Mingəçevir. Elbrus Seyfullayev-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) “Media və ictimaiyyət” layihəsi çərçivəsində Mingəçevirdə ilk tədbirini keçirib. MŞ-dən APA-ya daxil olan məlumata görə, tədbirdə qurumun İdarə Heyətinin üzvləri, regionda nəşr olunan qəzetlərin baş redaktorları və ictimai qurumların təmsilçiləri iştirak ediblər. Şəhər icra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Yunis Yolçuyev tədbirdə çıxış edərək Mingəçevirdə 2 qəzetin çıxdığını, yerli televiziyanın, bir sıra televiziya və mətbuat orqanlarının nümayəndələrinin fəaliyyət göstərdiyini, onların informasiya almaları üçün normal şəraitin yaradıldığını deyib. MŞ sədri Əflatun Amaşov həyata keçirilən layihə çərçivəsində görüləcək işlərdən danışıb. Onun sözlərinə görə, bu görüşün əsas məqsədi ictimaiyyətin media ilə bağlı düşüncələrini, təkliflərini dinləməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR