Bank Of Baku

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu bir neçə media mənsubuna yardım edib

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu bir neçə media mənsubuna yardım edib
# 18 fevral 2008 13:47 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun İdarə Heyətinin növbəti iclası keçirilib. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və Demokratik Jurnalistlər Liqasının təmsil olunduğu İdarə Heyəti yanvar-fevral ayları ərzində quruma daxil olan 4 müraciətə baxıb. Daxil olan müraciətlərə əsasən bütövlükdə 1000 ABŞ dolları həcmində yardım ayrılması barədə qərar qəbul edilib. “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitə 300, “Yeni Müsavat” qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyevə (məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə) 200, “Ayna” qəzetinin iş yerini itirən əməkdaşı Sədrəddin İsmayılova isə 200 ABŞ dolları məbləğində maddi yardım göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR