Bank Of Baku

Mirzə Sakit ailə üzvləri ilə görüşüb

Mirzə Sakit ailə üzvləri ilə görüşüb
# 18 fevral 2008 15:35 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin ailə üzvləri bu gün ona baş çəkiblər. Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova APA-ya bildirib ki, məhbusun müalicəsi davam edir: “Sakit dedi ki, 14 saylı həbsxanada saxlandığı müddətdə vəziyyəti pis olub, indi isə özünü nisbətən yaxşı hiss edir”.
R. Zahidova həyat yoldaşının əsasən ürək ağrılarından və nəfəs çatışmazlığından əziyyət çəkdiyini deyib. Xatırladaq ki, M. Sakit səhhətindəki problemlərlə bağlı saxlandığı 14 saylı həbsxanadan Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə fevralın 9-da köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR