Bank Of Baku

Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının qurultayının gecikmə səbəblərinə aydınlıq gətirib

Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının qurultayının gecikmə səbəblərinə aydınlıq gətirib
# 19 fevral 2008 13:05 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. MŞ-nin ölkə jurnalistlərinin qurultayında təsis edildiyini, ona kimlərin rəhbərlik etməsindən asılı olmayaraq, legitim qurum kimi fəaliyyətini davam etdirəcəyini bildirən Amaşov ötən ilin dekabrında keçirilməli olan növbəti qurultayın gecikməsinə də aydınlıq gətirib: “Qurultay cəmi 2 aydır gecikir. Bunun isə obyektiv səbəbləri var. Mətbuat Şurası son altı ayda əsasən yeni ofisə köçmə, məskunlaşma və təsərrüfat işləri ilə məşğul olub. Layihələrimizi, demək olar, son 2-3 ayda reallaşdırmaqdayıq ki, bunlardan da ölkə ictimaiyyəti kifayət qədər xəbərdardır. Narahat olmağa dəyməz. Biz də gecikmənin tərəfdarı deyilik. İdarə Heyətinin növbəti iclasında məsələyə baxılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR