Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri Avropa Şurasının KİV məsələləri üzrə missiyasının ekspertləri ilə görüşüb

Azərbaycan Mətbuat Şurasının sədri Avropa Şurasının KİV məsələləri üzrə missiyasının ekspertləri ilə görüşüb
# 20 fevral 2008 16:11 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bu gün Avropa Şurasının (AŞ) KİV məsələləri üzrə missiyasının ölkəmizdə səfərdə olan ekspertləri ilə görüşüb. MŞ-dən APA-ya verilən məlumata görə, Böyük Britaniya və Fransadan olan mütəxəssislər bildiriblər ki, səfərin məqsədi Azərbaycanın kütləvi informasiya vasitələrinin durumunu öyrənmək, problemlərini aydınlaşdırmaq və onların inkişafı üçün hazırlanacaq ikiillik tədbirlər planını müəyyənləşdirməkdir. Qonaqlar qeyd ediblər ki, sənəddə mətbuatın özünütənzimləməsi sahəsindəki tədbirlər də aparıcı yer tutacaq. Məhz bu baxımdan onlar həmin funksiyanı yerinə yetirən MŞ-nin yaranması, strukturu və fəaliyyətinin müxtəlif aspektləri ilə maraqlandıqlarını vurğulayıblar. Ekspertlər eyni zamanda qarşıya qoyulan missiyanın həyata keçirilməsi üçün ölkəmizin bir sıra aparıcı KİV rəhbərləri ilə düzənlənən görüşlər, diskussiyalar və fikir mübadilələri barədə də məlumat veriblər.
Şura sədri Ə. Amaşov MŞ-nin təşkili, təsisçiləri, komissiyaları, mətbuat-ictimaiyyət, mətbuat-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsində gördüyü işlərdən, perspektiv planlarından söhbət açıb. O, AŞ missiyasının keçid dövrünü yaşayan Azərbaycan mediasının inkişafına, onun problemlərinin həllinə kömək göstərəcəyinə əmin olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR