Azərbaycan telekanallarında nümayiş etdirilən filmlər ölkəyə necə gətirilir? Araşdırma
Bu gün film istehsalı və dublyajına bizim prodüser mərkəzləri də hazır deyil. Prodüser mərkəzlərinin rəhbərləri belə hesab edirlər ki, piratçılığın qarşısı alındıqca, bu sahəyə diqqət və maddi maraq artacaq. Bu isə prodüser mərkəzlərin inkişafı ilə nəticələnəcək. “Paralel” Prodüser Mərkəzinin bədii rəhbəri Elxan Cəfərov APA-ya açıqlamasında televiziya kanallarının bir müddətdən sonra istehsal və dublyajdan imtina edəcəyinə əminliyini bildirib: “Mən də bütün qanunsuz işləri, piratçılığı pisləyirəm. Televiziyaların istehsalla məşğul olması əslində qeyri-peşəkarlığın göstəricisidir. Bir müddətdən sonra onlar özləri bu işdən imtina edəcəklər”.
Azərbaycan Rejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev isə APA-ya açıqlamasında Azərbaycan telekanalları tərəfindən audiovizual əsər müəlliflərinin hüquqlarının pozulması hallarının nisbətən azaldığını bildirib: “Biz hələ Azərbaycan müəlliflərinin hüquqlarını qoruya bilmirik, o ki qala xarici müəlliflər olsun... Audiovizual əsər müəlliflərinin hüquqlarını daha çox pozan isə İTV kanalıdır. Digər kanallar isə demək olar ki, nümayiş etdirdikləri Azərbaycan filmlərinə görə qonorar ödəyir”. Rejissorun sözlərinə görə, xarici audiovizual əsər müəlliflərinə qonorar ödənməsi sahəsində vəziyyət daha da acınacaqlıdır: “Çox az faiz film alınıb dublyaj olunur. Bu əsərləri yalnız bir-iki kanal lisenziya ilə alır, qalan filmlər isə teleməkana əsasən piratçılıqla gətirilir. Bu vəziyyət ölkəmizdə audiovizual əsərlərin inkişafına böyük zərbə vurur, çünki Azərbaycan filmini ilk növbədə telekanallar satın almalıdır. Amma telekanallar cəmi 2-3 manat xərc çəkib xarici film göstərir”. Gildiyanın kanalların mədəniyyət proqramına müdaxilə etmədiyini deyən H. Mehdiyev audiovizual əsərlərin ölkəyə gətirilməsinə ciddi nəzarət edən bir quruma ehtiyac olduğunu bildirib: “Biz bu missiyanı öz üzərimizə götürə bilərdik. Amma heç öz filmlərimizin müəlliflik hüququnun qorunması ilə bağlı vəziyyətə tam nəzarət edə bilmirik, xarici müəlliflərin hüquqlarını necə qoruyaq?”
Audiovizual əsərlərin ölkəyə gətirilməsinə yox, tamaşaçıya təqdim olunmasına isə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir. Yəni tamaşaçıya təqdim olunana qədər audiovizual əsərlər nazirlik tərəfindən qeydiyyata alınır və onlara yayım vəsiqəsi verilir. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya bildirdiyinə görə, bu qeydiyyat dövlətin və millətin təhlükəsizliyi baxımından, mentalitetimizə yad olan filmlərin nümayişinin qarşısının alınması məqsədi ilə 2007-ci ilin yanvarından həyata keçirilir. Onun sözlərinə görə, bütün ölkələrdə müəyyən pul ödənişi əsasında alınan bu yayım vəsiqəsi Azərbaycanda təmənnasız təqdim olunur: “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan filmlər dövlətin və kinostudiyanın xüsusi məhsuludur. Televiziya kanallarının bu filmlərin istifadəsinə görə rüsum ödəməsi vacibdir”. Z. Əliyeva bildirib ki, bəzən bu nəzarətdən kənara çıxma hallarına rast gəlinsə də, Mədəniyyət və Turizm Nazirliyinin qeydlərini telekanallar nəzərə alır. Onu da qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin telekanallardakı dublyaj studiyalarının işinə müdaxiləsi yalnız tövsiyə şəklində ola bilər. Daha keyfiyyətli dublyajı isə hamı haqlı olaraq, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından gözləyir. Təxminən 15 ildir ki, fəaliyyəti dayanan kinostudiyanın dublyaj studiyasının bərpası üçün smeta-layihə hazırlanır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan tamaşaçısının tələbatını telekanalların film və dubyaj studiyasının məhsulları ödəyəcək.
Telekanallar isə tamaşaçıya təqdim olunan ekran əsərlərinin mövcud qanunvericiliyə uyğun şəkildə alındığını bildirərək, dublyaj üçün münasib texniki bazalarının olduğunu bildirirlər. ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mayis Məmmədovun APA-ya bildirdiyinə görə, bu telekanalda yayımlanan filmləri şirkətin “Bakıfilm” studiyası təqdim edir: “Bu studiyada lazım olan əsas texniki baza yaradılıb. Biz filmləri tam qanuni şəkildə, əsasən Türkiyədən alıb gətiririk”. M. Məmmədov sözlərinə görə, telekanal teleserialların istehsalına da başlayıb: “Artıq “Qızlar” teleserialını tamaşaçılara təqdim etmişik. Bu il ərzində daha üç serialın çəkilməsini planlaşdırırıq”.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov APA-ya kanalda yalnız lisenziyalı ekran əsərlərinin yayımlandığını və bu məhsulların arasında adi qaydada satılan, beynəlxalq qurumların və Azərbaycandakı diplomatik korpusların hədiyyə elədiyi nümunələrin olduğunu deyib. Alınan filmlərin qiymətini kommersiya sirri olduğundan açıqlamayan T. Məmmədov piratçılığın istənilən telekanalın beynəlxalq əlaqələrinə maneçilik törətdiyini vurğulayıb.
Qeyd edək ki, audiovizual məhsullar ölkəyə, əsasən Rusiya və Türkiyə bazarlarından müxtəlif şirkət və studiyalar, məsələn, “Səbuhi”, EBC “Qrand” və s. tərəfindən gətirilir. Lakin EBC “Qrand”dan APA-ya bildirilib ki, sifarişçiləri arasında telekanallar yoxdur.
Beləliklə, Azərbaycan tamaşaçısına təqdim olunan filmlərin ölkəyə hansı yolla - qanuni, yoxsa piratçılıqla gətirilməsini Azərbaycan Müəllif Hüquqları Agentliyinin (AMHA) müvafiq qurumlarla birgə ilk dəfə olaraq televiziyalarda bu il aparacağı monitorinqlər üzə çıxaracaq. AMHA-nın monitorinq qrupunun rəhbəri Alı İsmayılovun APA-ya bildirildiyinə görə, AMHA ilə Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan və Özbəkistanın müvafiq qurumları ilə müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bu sazişlərə əsasən, bu ölkələrlə qonorar mübadiləsi həyata keçirilir. A. İsmayılovun sözlərinə görə, piratçılığa qarşı mübarizə məqsədilə, o cümlədən müəlliflərin və digər hüquq sahiblərinin şikayət ərizələri əsasında 2008-ci ildə audiovizual məhsulların satış bazarında, yayım təşkilatlarında, səsyazma studiyalarında, teatr-konsert müəssisələrində ardıcıl monitorinqlər aparılacaq. /APA/
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb
Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
Bayraktar: Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik bağlantısı layihəsi tətbiq mərhələsinə yaxınlaşır
Alparslan Bayraktar: Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir
Xalq artisti Şəfiqə Məmmədova: İttifaq daxilində bir çox çətinliklər və problemlər var
Türkiyənin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycandan Türkiyəyə və beynəlxalq bazarlara ixrac olunan neft-qazın həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Müvəqqəti işlər vəkili ABŞ-Azərbaycan münasibətlərində hazırda çoxsaylı proseslərin baş verdiyini bildirib
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
Emin Əmrullayev: Müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib
Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər həbs edilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib - FOTO - YENİLƏNİB-1
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub
Xarici diplomatlar Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər - FOTO
“UĞUR 777 estetik mərkəz”lə bağlı cinayət işi üzrə zərərçəkmiş “Hepatit C”yə yoluxduğunu bildirib
Məleykə Abbaszadə: Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır
Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsi digər postmünaqişə bölgələrində də tətbiq oluna bilər
Hacıqabul sakinini cərəyan vuraraq öldürüb
Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək
Kreml: Litva Rusiyanın nüvə silahının hədəfində ola bilər
Hikmət Hacıyev: Azərbaycan və Ermənistan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib
Nazir müşaviri: Məktəblərdə davamiyyətin izlənməsi istiqamətində geriləmə müşahidə edilib
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib